Akademiya Haqqında

300-dən çox aparıcı şirkətlə əməkdaşlıq edən SAT Academy təhsil layihəsi Azərbaycanın aparıcı təlim və konsaltinq şirkəti olan SAT Group-un gənclər üçün hazırladığı unikal təhsil proyektidir.

SAT Academy-də 5 ay ərzində peşəkar satış və marketinq mütəxəssislərindən təlim alan tələbələr sonda layihə ilə əməkaşlıq edən şirkətlərdə (300-dən çox yerli və xarici şirkət) satış mütəxəssisi, satış meneceri, korporativ satış mütəxəssisi, şirkət təmsilçisi kimi vəzifələrdə işlə təmin olunurlar.

Bu günə qədər akademiyadan 44 nəfər məzun olmuş və işlə təmin olunmuşlar.

Akademiya kimlər üçündür

Perspektivli iş axtarışında
olan gənclər

Satış sahəsində çalışan və bu işin peşəkarı olmaq istəyənlər

Təlimlər

Məzunlar

SAT ACADEMY – də təhsil.

SAT ACADEMY - də siz ölkəmizdə bənzəri olmayan praktiki təhsil almış olacaqsınız. 5 aylıq təhsil müddətində yalnız real iş həyatında gərəkli olan bilgilər verilir, satış bacarıqlarının formalaşması üçün xüsusi təlim və məşqlər həyata keçirilir.

Təlimləri həm uğurlu iş təcrübəsi olan, həm də effektli təlim keçmək bacarıqları olan satış, marketinq və insan psixologiyası üzrə mütəxəssislər təqdim edəcəklər. Təhsil müddətində hazırda işləməyən tələbələrə qabaqcıl şirkətlərdə təcrübə keçmələri üçün şərait yaradılacaq.

Dərslər həftədə 2 - 3 dəfə olmaqla 19.00 – 21.00 arası keçirələcək.

İşlə təminat

SAT ACADEMY-də təhsilin sonunda tələbələr attestasiyadan keçəcək və təhsil müddətində, eləcə də yekun imtahanda göstərdikləri nəticələr əsasında A, B, C almış olacaqlar. Sonra isə məzunlar aldıqları kateqoriyaya uyğun olaraq satış mütəxəssisi, satış meneceri, korporativ satış mütəxəssisi, şirkət təmsilçisi kimi vəzifələrdə işlə təmin olunacaqlar.

Məzunlar işə başladıqları ilk ayda fərdi təlimatçı ilə təmin olunacaqlar. Təlimatçı yeni fəaliyyətə başlayan məzunumuza qısa müddətdə şirkətə uyğunlaşıb, satışda uğur qazanmasına yardım edəcək.

SAT Academy tələbələrinin işləyə biləcəyi şirkətlər

SAT ACADEMY təhsil proqramı
  • 1. Satış texnikaları
  • 2. Telefonla danışıqların aparılması texnikaları
  • 3. İnsan psixoloji tipləri
  • 4. Bədən dili
  • 5. Nitq təlimləri
  • 6. Satış sistemi
  • 7. Marketinq
  • 8. Etiket qaydaları
  • 9. Excell dərsləri
  • 10. Korporativ satış təlimləri
  • 11. CRM – müştərilərlə münasibətlərin idarə olunması
  • 12. Vaxt planlaması, işlərin planlaşdırılması
  • 13. Karyera planlaması

Təlimçilər

AZAD QƏHRƏMANOV
satış mütəxəssisi
VÜSAL ƏLİSOY
korporativ satışlar
FƏXRİ AĞAYEV
biznes idarəçilik
CƏLALƏ NƏZƏROĞLU
nitq mütəxəssisi
XƏQANİ SƏFƏROV
İR mütəxəssisi
MURAD QƏHRƏMANLI
satış mütəxəssisi
TƏBRİZ HACIYEV
psixoloq
SARVAN ASLANOV
satış mütəxəssisi
ƏLİ XƏYYAM
CRM mütəxəssisi
RƏŞAD BAYRAMOV
komputer bilgiləri
ELLADA ƏLİYEVA
marketoloq
ZAMİQ ƏLİYEV
satışa rəhbərlik

Akademiyaya qəbul qaydası

1. Sat Group ofisinə müraciət

2. İmtahan

3. Müqavilənin bağlanması

SAT ACADEMY-ə müraciət

Copyright © 2017 SAT Academy. Bütün hüquqlar qorunur. Site by «OKmedia»